Birgə Texniki Komissiya bazardan gözləntilərini açıqladı

Birgə Texniki Komissiya bazardan gözləntilərini açıqladı

Dünya neft bazarında balans 2018-ci ilin ikinci rübündə əldə olunacaq.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, belə bir proqoz OPEC və kartelə daxil olmayan ölkələrin birgə texniki komissiyasının ötən gün baş tutan iclasında açıqlanıb.

Lakin komissiya hesab edir ki, yaxın aylarda neft hasilatının azaldılmasıyla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyən istənilən saziş üzvü balans əldə olunmasını 2018-ci ilin ikinci yarımilliyinə qədər təxirə salmış olacaq.

Birgə komissiya may ayında sazişin yerinə yetirilməsi səviyyəsini 106% olaraq dəyərləndirib.

Komissiyanın növbəti iclası iyulun 22-də Sankt-Peterburqda keçiriləcək.

Xatırladaq ki, Küveytin rəhbərlik etdiyi birgə komissiyanın tərkibinə Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela, Oman və Əlcəzair daxildir.

OilGas.az

207 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ