Bir neçə aydan sonra TAP-ın qazla təchizatına başlanılacaq

Bir neçə aydan sonra TAP-ın qazla təchizatına başlanılacaq

Bir neçə aydan sonra Trans-Adriatik qaz boru kəmərinə (TAP) qazın doldurulmasına start veriləcək.

Oilgas.az-ın məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Resurslar Nazirliyinin Beynəlxalq məsələlər üzrə idarəsinin baş direktoru Safa Uslu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Baş direktor bildirib ki, keçən ilin yayından başlayaraq Türkiyə “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə qaz almağa başlayıb: “Bir neçə aydan sonra isə biz daha bir önəmli mərasimin – TAP-ın qazla təchiz edilməsinə hazırlaşırıq”.

Daha sonra Türkiyənin enerji siyasətindən danışan baş direktor qeyd edib ki, ölkə xarici enerji ehtiyatları mənbələrindən asılığını azaltmağa çalışır.

Uslu deyib: “Türkiyə xarici enerji resurslarından asılıdır və ölkənin enerjiyə tələbatı getdikcə artır. Ölkənin əsas hədəfi bu asılılığı azaltmaqdır. Bunun üçün Türkiyə daxili istehsalı artırmalıdır. Bu isə ətraf mühitin çirklənməsi problemini yaradır. Buna rəğmən Türkiyə bəzi sahələrdə enerji təhlükəsizliyinə nail olub”.

33 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ