“Bibiheybətneft” NQÇİ-də nə qədər neft-qaz hasil edilib?

“Bibiheybətneft” NQÇİ-də nə qədər neft-qaz hasil edilib?

Bu ilin yanvar-iyul aylarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qazçıxarma idarəsində (NQÇİ) 69,6 min ton neft və 10,6 milyon kubmetr təbii qaz hasil olunub.

NQÇİ-dən AZƏRTAC-a bildirilib ki, cari ilin ötən 7 ayında “Bibiheybət” yatağında həyata keçirilən tədbirlər nəticəsində hasilatın həcmində artım qeydə alınıb. NQÇİ-də plan üzrə 65 min 605 ton neft hasilatı nəzərdə tutulduğu halda, faktiki 69 min 607 ton neft hasil olunub. Plan 106,1 faiz yerinə yetirilib.

Neft təhvili planına isə 106,7 faiz əməl olunub. Belə ki, 65 min 370 ton neft təhvili nəzərdə tutulduğu halda, faktiki olaraq 69 min 751 ton neft təhvil verilib.

Yanvar-iyul aylarında qaz hasilatı planı 136,8 faiz yerinə yetirilib. Plan üzrə 7 milyon 780 min kubmetr qazın hasil olunması nəzərdə tutulduğu halda, faktiki olaraq bu rəqəm 10 milyon 643 min kubmetrə bərabər olub. NQÇİ-də, həmçinin plan üzrə 6 milyon 410 min kubmetr qaz təhvili nəzərdə tutulduğu halda, faktiki 9 milyon 274,156 min kubmetr qaz təhvil verilib. Plan 144,7 faiz yerinə yetirilib.

Ötən dövr ərzində 220 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 290 quyuda texniki tədbir aparılıb. Nəticədə 960 tona qarşı, 1096 ton neft hasil olunub. Bununla yanaşı, 87 quyuda geoloji tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 96 quyuda geoloji tədbir aparılıb. Nəticədə 4 min 795 tona qarşı, 6 min 298 ton neft hasil olunub. İyul ayında “Bibiheybət” yatağındakı quyularda 378 yeraltı, 8 əsaslı təmir işləri yerinə yetirilib.

OilGas.az

810 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ