Beynəlxalq neft-qaz konfransının keçirilmə tarixi açıqlandı

Beynəlxalq neft-qaz konfransının keçirilmə tarixi açıqlandı

“Türkmənistan neft və qaz” illik sammiti (Oil and Gas Turkmenistan – OGT-2017) noyabrın 2-3-də Aşqabadda keçiriləcək.

OilGas.az xəbər verir ki, bu barədə ölkənin “Turkmenneft” şirkətindən məlumat verilib. Sammitin təşkilatçısı “Turkmenneft”, həmtəşkilatçısı isə Britaniyanın “Summit Trade Events” şirkətidir.

Qeyd edək ki, Türkmənistan təbii qaz ehtiyatları üzrə MDB məkanında Rusiyadan sonra ikinci yer tutur. Hazırda ölkədən İran və Çinə qaz tədarük olunur.

Türkmənistanda qəbul edilən neft-qaz sənayesinin inkişafı proqramına əsasən 2030-cu ilə qədər ölkədə illik təbii qaz hasilatını 250 milyard kubmetrə, neft hasilatını 110 milyon tona çatdırmaq planlaşdırılır.

OilGas.az

 

278 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ