Beynəlxalq Enerji Konqresi və Sərgisi keçiriləcək – Tarix açıqlandı

Beynəlxalq Enerji Konqresi və Sərgisi keçiriləcək – Tarix açıqlandı

8-10 noyabr tarixlərində Ankarada Beynəlxalq Enerji Konqresi və Sərgisi (EIF) keçiriləcək.

OilGas.az xəbər verir ki, Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı və “Limak”ın baş sponsorluğu ilə təşkil olunacaq konqresdə enerji sahəsində ixtisaslaşmış 250-ə yaxın firma təmsil olunacaq.

Qlobal Enerji Dərnəyi tərəfindən 9 ildir müntəzəm olaraq həyata keçirilən konqres və sərgi beynəlxalq iştirakçıların sayına görə fərqlənir.

Konqresdə  Enerji və Təbii Ehtiyatlar Nazirliyinin gündəmə gətirdiyi yeni startegiya, 10 il sonra enerjinin üçdə ikisinin yerli mənbələrdən hasil edilməsi hədəfi, milli enerji və mədən siyasəti, neft və qaz üzərində inkişaf etdirilən beynəlxalq layihələr müzakirə olunacaq.

Bu il EIF-də Türkiyə İxracatçılar Məslisinin (TİM) sədri Mehmet Büyükekşi də fəxri sədr olacaq.

OilGas.az

301 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ