Bərzaniyə daha bir zərbə – Kərkük nefti Ceyhana daşınacaq

Bərzaniyə daha bir zərbə – Kərkük nefti Ceyhana daşınacaq

İraq Türkiyəyə neft nəql etmək üçün Kərkük-Ceyhan boru kəmərini bərpa edir.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Cabbar əl-Layibi göstəriş verib. Müvafiq kəmər vasitəsilə Ərbildən yan ötməklə Kərkük ərazisindən Türkiyənin Ceyhan ərazisinə neft tədarük etmək mümkün olacaq.

Neft kəmərinin layihə gücü 400 min barel həcmində qiymətləndirilir.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Türkiyə bu ərazidən neft tədarük edilməyəcəyini və buradan neftin kənara nəql edilməsinə imkan verilməyəcəyini açıqlayıb. Bağdaddan rəsmi sorğu alan Türkiyə hakimiyyəti İraqla neft məhsullarının icraxı üzrə əməkdaşlıq etməyə hazır olduğunu təsdiqləyib.

OilGas.az

269 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ