Bərzaninin yaxasını buraxmayan Neft Böhranı

Bərzaninin yaxasını buraxmayan Neft Böhranı

Sentyabrın 25-də müstəqillik barədə referendum keçirən Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani tarixinin ən böyük maliyyə böhranıyla qarşılaşıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Kərkük İraq mərkəzi hökumətinin nəzarətinə keçdikdən sonra muxtariyyətin neft ixracından aylıq itkisi 450-460 milyon dollar olub. Aylıq xərci 700-800 milyon dollara bərabər olan muxtariyyətin  neft gəlirləri düşdükdən sonra maaşları ödəməkdə əziyyət çəkəcəyi, xərclərini daha da azaldacağı bildirilir.

Referendumdan əvvəl Kərkükdən və  Taq-Taq, Tavke kimi digər kiçik ölçülü sahələrdən gündəlik hasil olunan təxminən 600 min barel neft Ceyhan limanı vasitəsilə beynəlxalq bazarlara çatdırılırdı. Kərkük mərkəzi hökumətin nəzarətinə keçdikdən sonra muxtariyyətin neft ixracatı və gəlirləri də azalıb.

Şimali İraq Kürd Muxtariyyəti “Rosneft”, “Vitol” və “Glencore” kimi şirkətlərdən Kərkük neftinin satışı üçün böyük miqdarda avans alıb. Kərkükə nəzarəti itirən muxtariyyətin bu avansı necə geri qaytaracağı da müəmmalıdır. Görünən odur ki, Bərzani hökumətini hələ daha ciddi böhran gözləyir.

OilGas.Az

290 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ