Benzin ehtiyatlarında rekord artım

Benzin ehtiyatlarında rekord artım

ABŞ-da neft ehtiyatları nəzərəçarpan həcmdə azalıb.

OilGas.az xəbər verir ki, Amerika Neft İnstitutunun (API – American Petroleum Institute) yeni dərc edilən məlumatlarına əsasən, dekabrın 1-ə olan hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları 5,48 mln. barel azalıb. Benzin ehtiyatları isə demək olar ki, 2 dəfə – 9,2 mln. barel çoxalıb. Bu, 2016-cı ilin yanvarından etibarən ən yüksək göstəricidir.

Bundan əlavə, distillat ehtiyatlarında da böyük həcmdə artım var. Belə ki, hesabat həftəsində distillat ehtiyatlarının həcmi 4,26 mln. barel yüksəlib.

Başqa sözlə, sözügedən dövrdə ABŞ-da neft ehtiyatları azalıb, neft məhsulları isə böyük həcmdə artıb.

OilGas.az

418 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ