Qazaxıstanda benzin çənində başlayan yanğın söndürüldü – Video

Qazaxıstanda benzin çənində başlayan yanğın söndürüldü – Video

Qazaxıstanda neft bazasında baş verən güclü yanğın söndürülüb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 1 sutka davam edən yanğını bu gün səhər saatlarında söndürmək mümkün olub.

Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmanqulov bildirib ki, iyunun 23-də başlayan yanğının söndürülməsinə 300-dən çox yanğınsöndürən cəlb olunub:

“Yanğın yerinə 36 ədəd texnika, 2 yanğınsöndürən qatar, eləcə də dövlət və qeyri-dövlət yanğınsöndürmə xidmətlərindən 360 nəfər şəxsi heyət cəlb olunub”.

Yanğının ümumi sahəsi 190 kv metr təşkil edib.

Qeyd edək ki, yanğın ötən gün Qazaxıstanın cənubunda Şımkentdə qeydə alınıb. Benzin çənində başlayan yanğın nəticəsində 46 yaşlı operator həlak olub.

OilGas.az

279 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ