Belçika şirkətləri “Cənub Qaz Dəhlizi” layihəsi ilə maraqlanırlar

Belçika şirkətləri “Cənub Qaz Dəhlizi” layihəsi ilə maraqlanırlar

Belçika şirkətləri “Cənub Qaz Dəhlizi” layihəsi ilə maraqlanırlar.

Oilgas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Belçikanın Azərbaycandakı səfiri Bert Şufs deyib.

“Cənub Qaz Dəhlizi bir növ şərqdən qərbə uzanan yoldur. Cənub Qaz Dəhlizindən danışarkən qeyd etməliyik ki, Belçika şirkətləri artıq bu layihə ilə maraqlanırlar. “Trans-Adriatik” qaz boru kəməri (TAP) layihəsində 19 faiz Belçikanın “Fluxys” şirkətinə məxsusdur. Cənub Qaz Dəhlizinin inşası sayəsində Azərbaycan həmçinin tranzit ölkəyə çevriləcək”, – deyə B.Şufs əlavə edib.

Səfir qeyd edib ki, Belçika artıq qeyri-neft və qaz sektorunun müxtəlif sahələrində, məsələn, Azərbaycanın logistika, səhiyyə, kənd təsərrüfatı və tikinti sahələrində iştirak edir. Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edə bilərlər.

Oilgas.az

479 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ