Belarus Rusiya qazı üçün rublla ödəniş etmək istəyir – Baş nazirdən təklif

Belarus Rusiya qazı üçün rublla ödəniş etmək istəyir – Baş nazirdən təklif

Belarus Rusiyadan tədarük edilən qaz üçün Rusiya rublu ilə ödəniş etməyi təklif edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir təkliflə Belarusun Baş naziri Andrey Kobyakov çıxış edib. Təklifə əsasən, Rusiya qazının dəyəri rus rublu ilə hesablanmalı və 2020-ci ildən bu valyuta ilə ödənilməlidir.

Kobyakov həmçinin qeyd edib ki, Rusiya və Belarus üçün qaz qiyməti müqayisə edilə bilən olmalıdır. Onun sözlərinə görə, bu yolla vahid iqtisadi bazarın yaradılması mümkün ola bilər.

Rusiya Baş naziri Dmitri Medvedev öz növbəsində Rusiyanın  bu istiqamətdə çalışmağa hazır olduğunu bildirib. Medvedev qeyd edib ki, Belarusdan vahid iqtisadi bazarın formalaşdırılmasına dair təklif alınıb və artıq nəzərdən keçirilir.

OilGas.az

 

170 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ