Belarus “Qazprom”a borcunu ödədi

Belarus “Qazprom”a borcunu ödədi

Belarus “Qazprom”a olan borcunu tam olaraq ödəyib.

OilGas.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Qazprom”dan məlumat verilib. Belarusun Rusiya qazı müqabilində borcu 2016-2017-ci illərdə 726,2 milyon dollar təşkil edib.

Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko və Rusiya energetika naziri Aleksandr Novak neft-qaz tədarükünü nizamlayan sənədlər imzalayıblar.

Rusiya Baş nazirinin birinci müavini Arkadi Dvorkoviç yaxın saatlarda “Qazprom”la Belarus tərəfinin Rusiya qazının 2017-2019-cu illərdə tədarükü barədə sənəd imzalayacaqlarını açıqlayıb. Onun sözlərinə görə, 2018-ci ildə Belarus üçün qazın dəyəri hər min kub metrə görə 130 dollardan aşağı olacaq.

OilGas.az

415 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ