Bazar 2018-ci ildə balanslaşacaq? – Rusiyalı nazirin 2018-ci il ümidləri

Bazar 2018-ci ildə balanslaşacaq? – Rusiyalı nazirin 2018-ci il ümidləri

“Neft bazarında tələb və təklif balansı bu il bərpa olunmalıdır”

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.

“Hesab edirik ki, bu il bazar balanslaşmalıdır. Bunun nə vaxt baş verəcəyini zaman göstərəcək. Hazırda bütün dünya üzrə yaxşı balanslaşma gedir, neft qalıqları azalır”, -deyə nazir bildirib.

Bununla yanaşı Novak yüksək qiymətlər fonunda dünyada neft hasilatının yüksələcəyi riskinə də diqqət çəkib.

Xatırladaq ki, 2016-cı ilin sonunda Vyanada OPEC və kartelə daxil olmayan ölkələr (OPEC+) ümumi hasilatın gündəlik 1,8 mln. barel azaldılmasına dair razılaşdılar. Ötən ilin noyabr ayında OPEC+ ölkələri sazişin 2018-ci ilin sonuna qədər uzadılmasına qərar verdilər.

OilGas.az

 

268 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ