Bayram günlərində “Azərişıq”a nə qədər müraciət daxil olub?

Bayram günlərində “Azərişıq”a nə qədər müraciət daxil olub?

Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizatla bağlı heç bir problem yaşanmayıb.

“Azərişıq” ASC-dən OilGas.az-a verilən məlumata görə, bu, prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə əsasında ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilən əsaslı yenidənqurma, infrastrukturun yenilənməsi istiqamətində görülmüş sistemli işlərin birbaşa nəticəsidir.

Məlumatda deyilir ki, “Azərişıq” bayram günləri ərzində gücləndirilmiş iş rejimində işləyib və elektrik enerjisi ilə təchizat baxımından problemlərlə bağlı daxil olan bütün müraciətlərə çevik reaksiya verib. Bayram günləri ərzində “Azərişıq” ASC-nin 199 saylı “Çağrı mərkəzi”nə cəmi 48 fərdi müraciət daxil olub. Əməkdaşlar operativ qaydada həmin ünvanlara baş çəkərək müraciətlər əsasında lazım olan tədbirləri görüblər. O cümlədən, bayram günləri ərzində ölkənin qış turizmi bölgələrində elektrik enerjisi təchizatının fasiləsiz təmin edilməsi üçün bütün ehtiyat tədbirləri görülüb. Nəticədə bu bölgələrdə də elektrik təchizatı sarıdan heç bir problem qeydə alınmayıb və bu da bölgələrə axın edən yerli, xarici turistlərin istirahətinin yüksək səviyyədə təmin olunmasına öz töhfəsini verib.

OilGas.az

336 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ