Baykalda neft ləkəsi yaranıb

Baykalda neft ləkəsi yaranıb

Baykal gölündə şəxsi təyyarənin qəzaya uğradığı yerdə neft ləkəsi meydana gəlib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, neft ləkəsinin sahəsi 12-15 kvadrat metrdir. Lakin təyyarə hələ də suda olduğu üçün neft ləkəsinin sahəsi genişlənə bilər.

Rusiyanın Təbiətdən İstifadəyə Nəzarət üzrə Federal xidməti neft ləkəsinin lokallaşdırılması və aradan qaldırılmasına çalışır. Bundan əlavə, qəza yerindən suyun nümunəsi götürülüb. Analizin nəticələrinə əsasən, Baykala dəymiş ziyan müəyyən olunacaq.

Xatırladaq ki, ötən həftə “Cessna 172” model şəxsi təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

OilGas.az

461 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ