Başı bəlalı layihə – “Şimal axını-2”yə növbəti zərbə

Başı bəlalı layihə – “Şimal axını-2”yə növbəti zərbə

Danimarka  ərazi sularında “Şimal axını-2”  qaz kəmərinin döşənməsini qadağan edə bilər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hökumət bunun üçün yeni qanun layihəsi qəbul etməyə hazırlaşır.  Belə ki, “Şimal axını-2” layihəsinin ölkə ərazisindən keçməsi milli təhlükəsizliyə hədə hesab olunur.

Hələ ki layihənin yalnız ilkin dinlənilməsi baş tutub. Yekun səsvermə noyabrın 30-a təyin edilib. Görünən odur ki, deputatların əksəriyyəti təşəbbüsü dəstəkləyir. Danimarka parlamentinin xarici siyasət üzrə komitəsinin sədr müavini Nik Hekkerupun fikrincə, qanun qəbul ediləcək.

Xatırladaq ki, bir müddət əvvəl Fransanın “Engie” şirkətinin “Şimal axını-2” qaz kəməri layihəsinin maliyyələşdirilməsini dayandıracağına dair xəbər yayılmışdı. Şirkətin baş direktoru Pyer Şareyra bu addımı antirusiya sanksiyalarıyla əlaqələndirmişdi.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya qazının Baltik dənizinin dibilə Almaniyaya nəqlini nəzərdə tutur. Boru kəmərinin uzunluğu 1220 kilometr, gücü isə ildə 55 milyard kubmetr olacaq. O Rusiya resurs bazası ilə Avropa istehlakçıları bazarını birbaşa əlaqələndirəcək. Obyektin tikintisi 2018-ci ildə başlayıb 2019-cu ilin sonunda başa çatmalıdır.

Rusiyanın “Qazprom”, Almaniyanın “E.ON SE” və “BASF SE/Wintershall Holding GmbH.”, həmçinin “Royal Dutch Shell Plc.” (İngiltərə-Hollandiya), “OMV AG” (Avstriya) və “Engie S.A” (Fransa) şirkətləri “Şimal axını-2” layihəsinin səhmdarları qismində çıxış edir.

OilGas.Az

398 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ