Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Barkindodan Trampın ittihamlarına – CAVAB
OPEC-in baş katibi Məhəmməd Barkindo ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab verib.
OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş katib OPEC-in qiyməti süni artırmaq kimi məqsədi olmadığını qeyd edib:
“Nə OPEC, nə də bazarın stabilləşməsi üzrə birgə səylərdə iştirak edən digər kartelə daxil olmayan ölkələrin neft qiymətlərinə dair heç bir məqsədi yoxdur. Biz bu barədə artıq dəfələrlə danışmışıq”.
Barkindo həmçinin OPEC-in özünü ABŞ-ın dostu kimi təqdim etdiyini də vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin həddən artıq yuxarı olmasından şikayətlənib. O, qiymətlərin OPEC tərəfindən süni şəkildə qaldırıldığını iddia edib:
“Belə görünür ki, OPEC yenə iş başındadır. Dənizlərdə neft tankerləri ağzına qədər doludur, amma qiymətlər həddən artıq bahadır. Bu heç yaxşı bir hal deyil və bu vəziyyətlə barışmaq olmaz”.
MÜZAKİRƏ