Bank of America: Brent nefti iyunda 70 dollara satılacaq

Bank of America: Brent nefti iyunda 70 dollara satılacaq

Neft hasilatının azaldılması barədə Vyana sazişinin nəticəsində Brent markalı neftin dəyəri sürətlə artacaq.
OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Bank of America” mütəxəssisləri iyun ayında Brent markalı neftin bir barelinin 70 dollara satılacağını proqnozlaşdırıblar. Ekspetlərin fikrincə, ABŞ-da şist neftinin hasilatının artırılması hələ ki “qara qızıl” qiymətlərinə ciddi təsiq göstərmir.

Xatırladaq ki, ötən gün “Bank of America” ekspertləri OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə arasında ümumi hasilatın azaldılması barədə imzalanan Vyana sazişinin 3 ay müddətinə uzadılacağını proqnozlaşdırıblar.

OilGas.az

370 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ