Bakının bu hissəsi qazsız qaldı

Bakının bu hissəsi qazsız qaldı

Bu gün Bakının Nərimanov rayonunun bir hissəsi qazsız qalıb.

OilGas.az-a daxil olan şikayətə əsasən, gün ərzində Ağa Nemətulla küçəsində qaz verilişi tamamilə dayandırılıb.

Məsələ ilə bağlı OilGas.az “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edib. Mətbuat katibi qeyd edib ki, qaz təchizatında yaranmış məhdudiyyət sistemdə baş verən qəza ilə bağlı olub.

“Ağa Nemətulla küçəsilə Əliyar Əliyev küçəsinin kəsişməsində qaz sistemində qəza baş verib. Hazırda bu ərazidə işlər yekunlaşdırılıb. Qaz təchizatı bərpa olunub”, -deyə Kərbalayev qeyd edib.

72 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ