Bakının bu ərazisi işıqsız qaldı

Bakının bu ərazisi işıqsız qaldı

Xəzər rayonu Binə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Qəsəbənin Atçılıq massivi adlanan yaşayış ərazisində, təxminən, 300-ə qədər abunəçinin işığı kəsilib.

OilGas.az “Report”a istinadən xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev kəsintini əraziyə gedən yeraltı kabel xəttinin zədələnməsi ilə əlaqələndirib: “Kimsə həmin ərazidə qazıntı işləri aparıb və ehtiyatsızlıqdan qəsəbənin bir hissəsini qidalandıran yeraltı kabel xəttini zədələyib. Hazırda əməkdaşlarımız qəza yerindədir. Yaxın saatlarda əraziyə elektrik enerjisinin verilişi bərpa olunacaq”.

471 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ