Bakıda yanacaqdoldurma məntəqəsinə basqın

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub.

DİN-dən OilGas.az-a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edən İsmayıllı rayon sakini Mehman Cabbarov saat 5.00 radələrində rayon ərazisində işlədiyi yanacaqdoldurma məntəqəsinin istirahət otağında dincələrkən, ora qanunsuz daxil olmuş 2 naməlum şəxsin onu bıçaqla hədələyib cibindən 552 manatını götürmələri barədə məlumat verib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mayilli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev olduqları müəyyən edilib.

OilGas.az

56 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ