Bakıda “Xəzər Neft və Qaz-2018” beynəlxalq konfransı keçirilir

Bakıda “Xəzər Neft və Qaz-2018” beynəlxalq konfransı keçirilir

Bu gün Bakıda “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransı öz işinə başlayıb.

OilGas.az xəbər verir ki, konfransın açılışında “ITE Group” şirkətinin baş müşaviri Ser Endrü Vud, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və dövlət rəsmilərinin və məruzəçilərin salamlama nitqləri olacaq.

Daha sonra “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər. Neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar” mövzusunda energetika naziri Pərviz Şahbazov, Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Yury Sentyurin və “Saudi Aramco” şirkətinin vitse-prezidenti İbrahim Assadenin çıxışı gözlənilir.

Daha sonra “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: Keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls” mövzusunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan – Gürcüstan – Türkiyə üzrə regional prezidenti Qari Cons, “Petro Vietnam Oil and Gas Group” şirkətinin baş icraçı direktor və prezidenti Cao Hoai, “Total” şirkətinin Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Kleman və “Saipem” şirkətinin Baş icraçı direktoru Stefano Caonun çıxışları gözlənilir.

Konfransın üçüncü hissəsində “Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi – iddialar və imkanlar” mövzusunda SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun, “Ernst & Young” şirkətinin Neft-qaz şirkətlərinə xidmətlərin göstərilməsi üzrə beynəlxalq qrupun rəhbəri Adi Karev, “Dentons” şirkətinin baş tərəfdaşı Ceyms Hoganın məruzələri səslənəcək.

Sonra “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransı “Yerli geoloji kəşfiyyatın elm sahəsi kimi inkişafının əsas prooritetləri və beynəlxalq əməkdaşlıq imkanları” paneli ilə davam edəcək. Bu paneldə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynovun. EAGE şirkətinin MDB üzrə baş direktoru Mixail Novikovun çıxışı nəzərdə tutulub.

“Neft yatağının işlənməsində texnoloji irəıliləyişlər” panelində SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, “Wollam Petroleum Advisory Group” şirkətinin baş icraçı direktoru Brayan Vollam cə “SOCAR-AQŞ” şirkətinin prezidenti Ramin İsayev çıxış edəcəklər.

Konransın birinci gününün sonunda “Kadrların təkmilləşdirilməsi sahəsində rəqəmsal proses və texnologiyalardan istifadə” mövzusundakı paneldə SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və BP şirkətinin nümayəndəsinin çıxışı gözlənilir.

Sabah “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının sonuncu ikinci günündə keçiriləcək “Elmi tədqiqat və inkişaf vasitəsilə inovasiyalar. Neft-qaz hasilatı sahəsində beynəxlaq elmi tədqiqat əməkdaşlığı” mövzusundakı paneldə SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və BP şirkətinin nümayəndələri məruzəçi qismində çıxış edəcək.

Daha sonra SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun və “Eni” şirkətinin Mərkəzi Asiya regionu üzrə İcraçı vitse-prezidenti Luka Vignatinin “Xəzər layihələrində yeni fürsətlər” panelində çıxış edəcəyi gözlənilir.

Konfransın “Xəzər regionu üzrə Azərbaycann güclü tərəfləri: Dəmir yolu, dəniz nəqliyyatı və magistral boru kəməri” çövzusunda keçiriləcək paneldə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktoru Əfqan İsayevin, Enerji Təhlükəsizliyi üzrə mütəxəssis, Avropa İqtisadi Komissiyanın Qaz üzrə Ekspertlər Qrupunun üzvü Con Robertsin çıxışlatrı gözlənilir.

Konfransın “Sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar, konkret faktın təhlili” mövzusunda keçiriləcək paneldə SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə çlxlç edəcək.

Həmçinin konfransda SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov,Karbamid zavodunun direktoru Xəyal Cəfərov SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov çıxış edəcəklər.

179 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ