Bakıda qaz kəmərini oğurlamağa çalışdılar – Əhali qazsız qaldı

Bakıda qaz kəmərini oğurlamağa çalışdılar – Əhali qazsız qaldı

Bakı şəhər Sabunçu rayonunun Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında məhdudiyyət yaranıb.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, saat 21:05 radələrində Sabunçu rayonu ərazisində 2-ci Zabrat Qaz Paylayıcı Stansiyasından qidalanan Zabrat-Bilgəh diametri 280 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinə paralel gedən, eləcə də istismarı dayandırılmış yeraltı polad qaz kəməri naməlum şəxslər tərəfindən qazılaraq aparılmaq istəyərkən polietilen qaz kəməri zədələnərək deşilib. Qaz xəttində baş vermiş qəza ilə əlaqədar, şəbəkənin qaz təchizatı dayandırılıb. Nəticədə Sabunçu rayonu Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında fasilə yaranıb. Hazırda Təmir Tikinti idarəsinin qaz qəza xidməti tərəfindən yaranmış məhdudiyyətin aradan qaldırılması üçün işlər aparılır.

Görülən təmir işləri gecə saatlarında bitəcəyindən “Təhlükəsizlik Qaydaları”nın tələbinə uyğun olaraq təbii qazın verilişi ertəsi gün təmin ediləcək.

Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

OilGas.az

410 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ