Bakıda işıqlar söndü, metro dayandı – Rəsmi açıqlama

Bakıda işıqlar söndü, metro dayandı – Rəsmi açıqlama

Bakının bir hissəsində, eləcə də bəzi rayonlarda işıqlar sönüb.

OilGas.az Yenicag.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən işıqların sönməsi səbəbilə yenidən “Bakı Metropoliteni”nin fəaliyyəti dayanıb.

“Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı açıqlamasında işıqların sönməsinə aydınlıq gətirib:

“Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik enerjisi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Hadisənin başvermə səbəbləri araşdırılır”.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə açıqlamasında bildirib ki, 16:10 dəqiqlərində işıq sönüb:

“Avtovağzal” ilə “Memar Əcəmi” stansiyaları arasında saat 16:10-da gərginlik xətti kəsilib, qatar dayanıb. Saat 16:30-da yenidən gərginlik verilməsilə metro fəaliyyətini bərpa edib”.

 

3299 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ