Bakıda əhali qazsız qaldı – SƏBƏB

Bakıda əhali qazsız qaldı – SƏBƏB

Ötən gecə Bakının bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub.

OilGas.az “APA-Economics”ə istinadən xəbər verir ki, ötən gün saat 24:00-dan etibarən paytaxtın bəzi ərazilərinə təbii qazın verilişi dayandırılıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, dünən gecədən Ceyranbatan qazpaylayıcı stansiyasından ayrılan, diametri 315 mm-lik polietilen yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması üçün qəza halı kimi qaz təchizatı dayandırılıb.

“Hazırda “Azəriqaz”ın əməkdaşları yaranmış qaz sızmasının aradan qaldırılması ilə bağlı işlər aparırlar. Kəmərdə təmir işləri bitdikdən sonra qaz təchizatı bərpa ediləcək”, – deyə İ.Kərbəlayev vurğulayıb.

Bundan başqa, ötən gün Ramana qəsəbəsinin Şuşa şəhərciyində magistral qaz kəmərinin üzərində siyirtmədə baş vermiş nasazlıqla əlaqədar qəsəbənin qaz təchizatında fasilə yaranıb. İ. Kərbəlayev bildirib ki, artıq qəsəbəyə qaz təchizatı bərpa olunub.

OilGas.az

260 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ