Bakıda dəhşətli partlayış: Ölən və yaralananlar var

Bakıda dəhşətli partlayış: Ölən və yaralananlar var

Bakıda kafedə partlayış baş verib.

Oilgas.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda çayxana kimi fəaliyyət göstərən və ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsindən Yenicag.az-a verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır:

“İbrahimov Natiq Zahid oğlunun vəziyyəti çox ağırdır. Bədəni tamamilə yanıb, tanınmaz haldadır. Digər yaralı İbrahimova Şəkər Xosrov qızının da vəziyyəti ağırdır. Hazırda hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Əlimizdən gələni edirik”.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

4279 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ