Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Bakıda dəhşət: Neft daşıyan qatar avtobusla toqquşdu – Azyaşlı öldü, 34 yaralı/VİDEO
Bakıda Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub.
OilGas.az xəbər verir ki, qatar gələn zaman qorunan keçiddə avtomobillər hərəkətini dayandırıb. Bu zaman qarşıda olan 160 saylı marşurut xətti ilə hərəkətdə olan avtobus şlaqbauma məhəl qoymayaraq qatarın yoluna çıxıb. Nəticədə ağır qəza baş verib.
Hadisə nəticəsində 13 yaşlı oğlan dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.
Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd ki, avtobusun toqquşduğu qatar neft çənlərini daşıyıb.
MÜZAKİRƏ