Bakıda benzin və dizel istehsalı artıb

Bakıda benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-may aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 266,1 milyon manat olub.

OilGas.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki,  istehsalın ümumi dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,8 faiz artıb.

Neft məhsullarından ağ neftin istehsalı 2,6 faiz, yanacaq mazutunun istehsalı 87,5 faiz, avtomobil benzininin istehsalı 0,4 faiz azalıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 7,2 faiz, dizel yanacağı istehsalı 5,3 faiz, sürtkü yağlarının istehsalı 2,3 dəfə, neft bitumunun istehsalı 85,6 faiz, neft koksunun istehsalı isə 30,5 faiz artıb.

100 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ