Bakıda benzin daşıyan maşında yanğın olub – FOTO

Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində benzin daşıyan maşında yanğın olub.

OilGas.az “Report”a istinadən xəbər verir ki, yanğın “MAN” markalı maşının əyləc sistemində başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.

276 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ