Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Bakıda bədbəxt hadisə: “Azəriqaz”ın əməkdaşı xəsarət aldı
Bakıda qaz xəttinin çəkilməsi zaman “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.
OilGas.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbənin “D” massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən “Azəriqaz” İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır.
MÜZAKİRƏ