Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“Azneft” neft hasilatını artırıb
Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın “Azneft” İstehsalat Birliyi 4,73 mln. ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.
Bu barədə Oilgas.az-a Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə bildirib.
Onun sözlərinə görə, bu ilin III rübündə “Azneft” İB 1,61 mln. ton neft hasil edib ki, bu da ötən ilin analoji rübü ilə müqayisədə 2%-lik artım deməkdir.
“Azneft” İB Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir .
Qeyd edək ki, ümumilikdə SOCAR bu ilin 9 ayında 5,73 mln. ton neft hasil edib (1,7% artım).
MÜZAKİRƏ