Azərbaycanda külək enerjisi istehsalı kəskin azaldı

Azərbaycanda külək enerjisi istehsalı kəskin azaldı

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 4 120,5 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, beləliklə ölkədə enerji istehsalı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,7% azalıb. İstehsal olunan elektrik enerjisinin 3 972,0 mln. kVt/saatı əmtəəlik olub.

İlk 2 ayda su elektrik stansiyalarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 4,3% azalaraq 184,3 mln. kVt/saat təşkil edib.

Yanvar-fevral aylarında istilik elektrik stansiyalarının istehsalı 0,5% azalaraq 3 780,9 mln. kVt/saata bərabər olub.

Ölkədə küləklə işləyən stansiyaların istehsalında kəskin azalma müşahidə olunub. Belə ki, cari ilin yanvar-fevral aylarında küləklə işləyən stansiyaların istehsalı 31,4% azalaraq 2,4 mln. kVt/saat təşkil edib.

Sözügedən dövrdə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 2,1% azalaraq 4,4 mln. kVt/saata bərabər olub.

277 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ