Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“Azəristiliktəchizat”: İstehlakçılar da qoruyucu tədbirlər görməlidir
“Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar da yaşayış binalarında, mənzillərdə və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görməlidir”.
OilGas.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Onun sözlərinə görə, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməlidir.
R.Əliyev deyib ki, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalıdır: “Əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”.
MÜZAKİRƏ