“Azərişıq”dan borcu olan abunəçilərə – Xəbərdarlıq

“Azərişıq”dan borcu olan abunəçilərə – Xəbərdarlıq

“Azərişıq” ASC borcu olan abunəçilərə xəbərdarlıq edib.

“Azərişıq” ASC-dən OilGas.az-a verilən məlumata görə, qurumun fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-dan saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakçılara qarşı qanunvericiliyə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

OilGas.az

524 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ