“Azərişıq” hava ilə bağlı tədbir gördü

“Azərişıq” hava ilə bağlı tədbir gördü

Hava şəritinin kəskin dəyişilməsini nəzərə alaraq bu gün və sabah istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.

Bunu OilGas.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması üçün RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

“Hazırda ölkə boyu İstehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa istehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur”, – deyə o qeyd edib.

62 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ