“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” ASC Ramazan bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

Qurumun mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması məqsədilə Cəmiyyətin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

“199” saylı Çağrı mərkəzi Bakı şəhəri və regionlarda 24 saat abonentlərin xidmətində olacaq. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək.

OilGas.az

281 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ