“Azərişıq” ASC-nin nizamnamə kapitalı artırılıb

“Azərişıq” ASC-nin nizamnamə kapitalı artırılıb

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalı artırılıb.

OilGas.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

İndiyə qədər qüvvədə olan Nizamnaməyə əsasən “Azərişıq” ASC-nin nizamnamə kapitalı 885 milyon 633 min 532 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 442 milyon 816 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarətdir.Dəyişikliyə əsasən “Azərişıq” ASC-nin nizamnamə kapitalı 1 milyard 460 milyon 633 min 532 manata, səhmlərinin sayı 730 milyon 316 min 766 ədədə çatdırılıb.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası və “Azərişıq” ASC-yə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

OilGas.az

670 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ