“Azəriqaz” şəhid ailəsinin müraciətinə cavab verib

“Azəriqaz” şəhid ailəsinin müraciətinə cavab verib

Azərbaycan Prezidenti İlham Əliyev daim müharibə veteranları və əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə xüsusi qayğı ilə yanaşır. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi də Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş döyüşçülərin ailələrinə, həmçinin müharibə əlillərinə diqqət göstərir.

Oilgas.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Belə ki, bu günlərdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Fikrət Əhmədovun oğlu Mehman Əhmədovun fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və daxili qaz xətlərinin çəkilməsi barədə müraciətinə baxılıb. Birliyin rəhbərliyi Mehman Əhmədovun müraciətinə dərhal reaksiya göstərərək qısa zamanda evin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tapşırıq verib. Beləliklə, noyabrın 14-də Mehman Əhmədovun fərdi yaşayış evi qazlaşdırılıb və qaz sayğacı ilə təmin olunub.

Qeyd edək ki, 12 aprel 1955-ci ildə anadan olan polis kapitanı Əhmədov Fikrət Sərxan oğlu Şuşa, Ağdərə və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, 7 sentyabr 1992-ci ildə şəhid olub.

36 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ