“Azəriqaz” noyabrda 25600 istehlakçıya xidmət edib

“Azəriqaz” noyabrda 25600 istehlakçıya xidmət edib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bu ilin noyabr ayı ərzində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”dan OilGas.az-a verilən məlumata görə, noyabr ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərinə, eləcə də 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 25 600 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə İB bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

OilGas.az

430 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ