“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir

“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı münasibəti ilə 01 sentyabr 2017-ci il tarixindən 04 sentyabr 2017-ci il tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

OilGas.az “Azəriqaz”-a istinadın xəbər verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibəti ilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

OilGas.az

261 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ