“Azəriqaz” bu il abonentlərə 6,2 mln. manatlıq “qüsur aktı” tərtib edib

“Azəriqaz” bu il abonentlərə 6,2 mln. manatlıq “qüsur aktı” tərtib edib

“SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirləri davam etdirir”.

OilGas.az xəbər verir ki, bu barədə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyevin “İki sahil” qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

“Bunun nəticəsidir ki, cari ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İB üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 12 749 əhali, 307 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 6 mln. 163 min 944 manat dəyərində dəymiş ziyan hesablanıb”, – deyə o vurğulayıb.

OilGas.az

385 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ