“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 125 minədək istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 125 minədək istehlakçıya xidmət edib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cari ildə “ASAN xidmət” vasitəsilə 125 minədək istehlakçıya xidmət göstərib.

“Azəriqaz”dan OilGas.az-a verilən məlumata görə, birlik tərəfindən bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin olunub.

Cari ilin yeddi ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 124 min 945 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

125 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ