Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Bu ilin yanva-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 65 124 yeni abonent qeydiyyata alınıb.
Bu barədə Oilgas.az-a “Azəriqaz”dan məlumat verilib.
Məlumata görə, bunun da 36 291-i Bakı, Abşeron və Sumqayıtın, 28 833-ü isə regionların payına düşür.
2019-cu ilin təkcə sentyabr ayı ərzində əhali sektoru üzrə 5 705 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 672-sı Bakı, Abşeron və Sumqayıt, 2 033-ü isə regionların payına düşür.
Beləliklə, Bu il oktyabrın 1-i tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 246 min 968-ə çatıb. Bu rəqəmin 2 215 900-ü əhali, 31 068-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 865 min 782, regionlar üzrə isə 1 381 186 təşkil edir.
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılır.
MÜZAKİRƏ