“Azəriqaz” abonentlərinin sayını açıqladı

“Azəriqaz” abonentlərinin sayını açıqladı

Bu ilin birinci rübü ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 23 164 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan OilGas.az-a verilən məlumata görə, bunun da 15 041-i Bakı, Abşeron və Sumqayıt, 8 123-ü isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

75 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ