“Azəriqaz” abonentlərinin sayını açıqladı – 2 milyon nəfər

“Azəriqaz” abonentlərinin sayını açıqladı – 2 milyon nəfər

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini cari ildə də davam etdirir.

“Azəriqaz” İB-dan Oilgas.az-a verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12 570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-ü isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb.

Qeyd edək ki, bu ilin 1 aprel tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Oilgas.az

404 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ