“Azəriqaz” abonentlərinin sayı açıqlandı

“Azəriqaz” abonentlərinin sayı açıqlandı

Bu ilin may ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6431 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan OilGas.az-a verilən məlumata görə, bunun 3599-u Bakı, Abşeron və Sumqayıt, 2832-si isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 45 min 46-ya çatıb.

Qeyd edək ki, bu ilin iyunun 1-nə olan məlumata görə qeyri-əhali sektoru üzrə 431 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

OilGas.az

290 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ