“Azəriqaz” abonentlərinin sayı 2 milyonu ötüb

“Azəriqaz” abonentlərinin sayı 2 milyonu ötüb

Cari ilin yanvar-avqust ayları ərzində SOCAR-ın “Azəriqaz” İB-də əhali sektoru üzrə 57 376 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İB-dən OilGas.az-a verilən məlumata görə, abonentlərdən 27 637 nəfəri Bakı, Abşeron və Sumqayıt, 29 739-u isə regionlar üzrədir.

Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 062 011-ə çatıb.

Onu da qeyd edək ki, cari ilin 1 sentyabr tarixinə olan məlumata görə qeyri-əhali sektoru üzrə 445 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

OilGas.az

285 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ