“Azəriqaz” abonentlərinin sayı açıqlandı

“Azəriqaz” abonentlərinin sayı açıqlandı

Bu ilin fevral ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan OilGas.az-a verilən məlumata görə, bunun 4 033-ü Bakı, Abşeron və Sumqayıt, 3 498-i isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 113 849-a çatıb.

111 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ