“Azəriqaz” 8 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” 8 yaşayış məntəqəsinə təbii qaz verib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 108,2 km yeni qaz kəməri quraşdırılıb.

OilGas.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 43,5 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Daşkəsən, Beyləqan, Göyçay, Masallı, Sabirabad və Salyan rayonları üzrə 8 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

63 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ