“Azəriqaz” 4 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” 4 yaşayış məntəqəsinə təbii qaz verib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.

İstehsalat Birliyindən OilGas.az-a verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar ayı ərzində 27,3 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 21,2 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Daşkəsən, Beyləqan və Göyçay rayonları üzrə 4 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

191 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ